Fransa Gürcüstana birbaşa yardımı DAYANDIRDIbackend

Fransa Gürcüstana birbaşa yardımı DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Gürcüstanın büdcəsinə birbaşa yardımı müvəqqəti dayandırıb.

interpress.az xəbər verir ki, bu barədə 1tv.ge məlumat yayıb. Bildirilir ki, Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri Gürcüstana birbaşa yardımın dayandırıldığını bildirib.

Qasri xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstan büdcəsinə yardımın müvəqqəti dayandırıldığını, vətəndaş cəmiyyəti və mediaya yardımın artdığını açıqlayıb.

“Gürcüstan hökuməti bu kursu dəyişməlidir ki, biz etmək istədiyimiz işə qayıda bilək. Yəni Gürcüstana bütün sahələrdə dəstəyi davam etdirək”, – o əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az