Ermənistan istintaq Komitəsi separatçı tör-töküntülərinin lideri Samvel Şahramanyan və casusluqda ittiham olunan Sarkis Qalstyanın iştirakı ilə üzləşmə keçirib.
interpress.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb. Bildirilirir ki, istintaq Ermənistanda casusluqda ittiham olunan Sarkis Qalstyan və Samvel Şahramanyanı üzləşdirib.
Telekanalın məlumatına görə, Qalstyan ittihamları qəbul etməyib. O, ifadəsində bildirib ki, müharibədən sonra Şuşadan sənət əsərlərinin çıxarılması üçün Azərbaycanla əlaqə yaradıb.
Qalstyan istintaqa bildirib ki, özünü buraxmış qondarma qurumun bir neçə “rəsmisi”, o cümlədən “prezident” Samvel Şahramanyan onun fəaliyyətindən xəbərdardır.
Qalstyanla üzləşmə zamanı Şahramanyan bu ifadəni təkzib edib.
İddiaya görə, Ermənistanda casusluqda ittiham edilərək həbs edilən Qarabağın ermənisi Sarkis Qalstyan guya “üç il ərzində Azərbaycanın kəşfiyyat orqanlarına məlumat ötürüb”.
Xuraman Etibarlı
İnterpress.az