Əsəd Ərdoğanla görüş üçün şərtləri açıqlayıb.
interpress.az xəbər verir ki, bu barədə Suriya xəbər agentliyi SANA məlumat yayıb. Bildirilir ki, Suriya prezidenti Bəşər Əsəd parlament seçkilərində səsvermə zamanı jurnalistlərə açıqlamasında deyib.
“Əgər Ərdoğanla görüşün nəticəsi ölkənin maraqlarına uyğun olarsa, mən onunla görüşəcəm… Problem görüşdə deyil, məqsəddədir.
Məqsəd terrora dəstək və türk qoşunlarının Suriya ərazisindən çıxarılması ilə ifadə olunan problemin səbəblərinə son qoymaq olmalıdır”, – Əsəd vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az