Katz Norveç XİN rəhbərinin İsrailə rəsmi səfər istəyini RƏDD ETDİbackend

Katz Norveç XİN rəhbərinin İsrailə rəsmi səfər istəyini RƏDD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katz Norveç xarici işlər nazirinin İsrailə rəsmi səfərini təsdiqləməkdən imtina edib.

interpress.az xəbər verir ki, bu barədə “İsrail Hayom” məlumat yayıb.

İsrailin xarici işlər naziri İsrael Katz norveçli həmkarı Eidenin Yəhudi dövlətinə səfər etmək istəyini rəsmən rədd edib.

Eidenin Katza müraciətindən əvvəl də Norveç Xarici İşlər Nazirliyi İsrailə çoxdan gözlənilən səfəri əlaqələndirməyə çalışırdı.

Qeyd olunur ki, İsrail Xarici İşlər Nazirliyi sorğuya cavab verməyib və Eide Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Katza şəxsən müraciət edib, bundan sonra ona rədd cavabı verilib.

Xatırladaq ki, mayın 22-də Norveç, İrlandiya və İspaniya Fələstin dövlətini tanıdıqlarını rəsmən elan ediblər. Katz cavab olaraq Norveç və İrlandiya səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Xuraman Etibarlı

İnterpress.az