Rusiya Xəzər dənizi vasitəsilə İrana ilk qaz kəmərini çəkəcək.
interpress.az xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci deyib. O bildirib ki, Rusiya Xəzər dənizi vasitəsilə İrana ilk qaz kəmərini çəkəcək.
Tarixdə ilk qaz kəmərinin Xəzər dənizi üzərindən İrana çəkilməsi xərclərini Rusiya Federasiyası öz üzərinə götürəcək.
“Qaz kəmərinin tikintisi böyük hadisədir, belə bir hadisə İslam Respublikasının tarixində heç vaxt bu cür miqyasda olmayıb”, – o vurğulayıb.
Xatırladaq ki, iyunun 26-da İran və Rusiya Federasiyası Rusiya qazının İslam Respublikasına ixracına dair 30 illik müqavilə imzalayıb. Təchizat həcmi sutkada 300 milyon kubmetr qaz təşkil edəcək.
Xuraman Etibarlı
İnterpress.az