“Azərbaycan Fransanın üzünə bütün dünyanın gözü qarşısında sillə vurdu”.
interpress.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov sosial şəbəkə hesablnda yazıb.
“Azərbaycan Fransanın üzünə sillə vurdu. Özü də bütün dünyanın gözü qarşısında.
Fransadan müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların birinci qurultayı Bakıda başlayıb: Yeni Kaledoniya, Melaneziya, Polineziya, Karib dənizi və Antil adaları qrupları. Və ən əsası, Korsika.
Hər şey Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyi təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə keçirilir. Onu isə Qoşulmama Hərəkatı yaradıb, hansı ki, Azərbaycan iki il sədrlik edib və çox nüfuzludur.
Hollandiya da hazırlaşır. Çünki Niderland koloniyalarının nümayəndələri müşahidəçi qismində iştirak edirlər.
Belə də olmalıdır. Bunu Rusiyanın təşkil etmədiyi üçün təəssüflənirəm.
Ümid edirəm ki, Rusiya Fransa müstəmləkələrini Paris despotizmindən azad etmək kimi müqəddəs işdə Azərbaycana fəal kömək edəcək.
Korsikadan sonra isə Provans da buna qoşulacaq. Dekolonizasiya 21-ci əsrin dəbli şüarıdır. Siyasət dəbli və müasir olmalıdır”, – politoloq vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az