İsrailli qadın balta ilə ticarət mərkəzinə hücum edib.
interpress.az xəbər verir ki, bu barədə məlumatı İranın SEPAH-a məxsus kanalı yayıb.
Bildirilir ki, dünən, 16 iyulda İsrailin mərkəzi və zəngin şəhərlərindən biri, yəhudi elitasının məskəni Herzliyada bir israilli qadın dəbdəbəli ticarət mərkəzinə balta ilə gəlib.
O, əlində balta ilə ticarət mərkəzinin mühafizəçisinə hücum etmək istəsə də, buna nail ola bilməyib və özünü xəsarət yetirməyə başlayıb.
Şəxsiyyəti öyrənilən zaman 33 yaşlı qadının israilli bir zabitin həyat yoldaşı olduğu məlum olub.
Məlum olub ki, qadın ticarət mərkəzinə getməzdən əvvəl öz evində altı yaşlı uşağını və itini balta ilə öldürüb.
Hadisə ilə bağlı məlumat hələ də gizli saxlanılır.
Xuraman Etibarlı
İnterpress.az