Xankəndinin qondarma “meri” olmuş separatçı yenidən HƏBS OLUNURbackend

Xankəndinin qondarma “meri” olmuş separatçı yenidən HƏBS OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan İstintaq Komitəsi Xankəndinin qondarma “mer”inə qarşı yeni həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı vəsatət verib.

interpress.az xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan facebook səhifəsində yazıb.

O bildirib ki, Ermənistan İstintaq Komitəsi separatçı David Sarkisyana qarşı yeni həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı vəsatət verib.

“İstintaq Komitəsi indicə xəbər verib ki, David Sarkisyana qarşı “inzibati nəzarət” tədbirlərinin tətbiqi ilə bağlı məhkəməyə vəsatət verilib”, – vəkil bildirib.

Xatırladaq ki, David Sarkisyan mayın 27-də 20 sutka həbs edilib. O, Ermənistanın Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi və 457-ci maddəsinin 2-ci hissəsi ilə xüsusilə külli miqdarda əmlak oğurluğu və sənədləri saxtalaşdırma maddəsi ilə ittiham olunub.

İyunun 13-də o, 2 ay müddətinə ev dustaqlığına məhkum edilib.

İyulun 16-da Apellyasiya Məhkəməsi Stepanakert merinin ev dustaqlığına buraxılması qərarından verilən apellyasiya şikayətini təmin edib.

Xuraman Etibarlı

İnterpress.az