İrəvanda 3 bal gücündə zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, yerli vaxtla saat 19:40-da paytaxtdan 16 km cənubda 2,7 bal gücündə zəlzələ qeydə alınıb.
Mənbə 10 km dərinlikdə yerləşib, yeraltı təkanın gücü 3-4 bal təşkil edib.
Zəlzələ İrəvanda 3-4 bal, Ararat bölgəsində də 2-4 bal gücündə hiss olunub.
Zəlzələdə dağıntı qeydə alınmayıb.
Xuraman Etibarlı
İnterpress.az