Saxalində hava döşəyində olan iki nəfəri külək Oxot dənizinə aparıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Oxot dənizində hava döşəyində dənizə sürüklənən iki nəfəri xilas ediblər.
İstirahət edənləri Mordinova körfəzindən əsən külək açıq dənizə aparıb.
Hadisənin şahidləri tez xilasedicilərə xəbər veriblər.
Telefon zəngi Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin operativ növbətçiliyi tərəfindən qəbul edilib.
Deərhal Oxotskdan hava döşəyində gəzməyi sevənlərə motorlu qayıqla kömək göndərilib.
Xilasedicilərin operativliyi sayəsində dəniz hava döşəyini uzağa apara bilməyib. Onlar tez tapılaraq sağ-salamat sahilə qayıdıblar.
Xuraman Etibarlı
İnterpress.az