İstanbul hava limanı Avropanın ən işlək aeroportu seçilibbackend

İstanbul hava limanı Avropanın ən işlək aeroportu seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq hava nəqliyyatı statistikasına əsasən, İstanbul hava limanı gündə orta hesabla 1485 uçuşla Avropanın ən işlək, dünyanın isə 7-ci aeroportu seçilib.

İnterpress.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

“İyulun 24-də açıqlanan hesabata daxil edilən beynəlxalq 25 hava limanı arasında İstanbul aeroportu 15-21 iyul tarixləri arasında gündəlik orta hesabla 745 təyyarənin havaya qalxması ilə dünyada 7-ci yerdədir. İstanbul aeroportu dünya reytinqində Avropanı birinci yerdə təmsil edir”, – deyə Uraloğlu bildirib.

Nazir Türkiyənin Avropanın ən işlək aeroportlarına sahib ölkələr arasında gündə orta hesabla 3 min 959 uçuşla 6-cı yerdə qərarlaşdığını, hər uçuşun 0,5 dəqiqədən az gecikmə ilə isə ən səmərəli hava məkanları arasında yer aldığını deyib.