Makqreqor Həbibin Dağıstandakı evini alacağına söz verib.
interpress.az xəbər verir ki, bu barədə keçmiş ikiqat UFC çempionu Konor Makqreqor sosial şəbəkə hesabında bildirib.
İrlandiyalı rusiyalının vergi orqanlarına demək olar ki, 80 milyon rubl borcu olması barədə məlumatlara reaksiya verib. Məhkəmə icraçıları onun Dağıstandakı evini və avtomobil parkını pul əvəzi kimi müsadirə edə bilərlər.
Makqreqor məktubunda Nurməhəmmədovun ailəsinin evini almaq üçün vəsait ayırdığını bildirib. Bundan əlavə, idmançı Həbibin mülkünü tualetə çevirəcəyini vəd edib.
“Qardaş, mən sənin ailənin evini hökumətdən almaq üçün pulu ayırıb kənara qoyuram, çünki sən bunu ödəyə bilmirsən. Mən oraya böyük bir üfunət qoxuyan irland “zibil”i qoymağı planlaşdırıram”, – Makqreqor mesajında yazıb.
Lakin Konor bir neçə saat sonra Nurməhəmmədova qarşı yazısını silib.
Xatırladaq ki, 2018-ci ilin oktyabrında Konor Makqreqor dördüncü raundda Həbib Nurməhəmmədova məğlub olaraq UFC yüngül çəkidə titulunu itirib.
Xuraman Etibarlı
İnterpress.az