Çelyabinskdə BƏND UÇDU  – Fövqəladə vəziyyət ELAN EDİLDİ – VİDEObackend

Çelyabinskdə BƏND UÇDU – Fövqəladə vəziyyət ELAN EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çelyabinsk vilayətindəki Kialimskoye su anbarı daşıb.

interpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, Çelyabinsk vilayətindəki Kialimskoye su anbarında leysan yağışları və su axınının artması nəticəsində 500 metrlik bəndin 100 metri uçub.

Suyun kənarında dörd kənd var. Sakinləri təxliyə etməyə çağırılıb.

Çelyabinsk vilayətinin Karabaş şəhər dairəsindəki Kialimskoye su anbarında bənd qırılıb. Anbarın qırılmasını vilayət qubernatorunun mətbuat xidməti təsdiqləyib.

Rayonun operativ qərargahı daşqın zonasında yerləşən kəndlərin – Kiolim, Muxametovo, Karasayevo, Baidaşevo, Saktaevo sakinlərini təxliyəyə hazır olmağa çağırıb. Yaxın vaxtlarda rayonda su təchizatı dayandırıla bilər, hamı su ehtiyatı yığmalıdır.

Rayonda fövqəladə vəziyyət elan edilib.

Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin, kommunal xidmətlərin və digər idarələrin əməkdaşları hadisə yerində işləyir, bəndin dağılmasının nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

Xuraman Etibarlı

İnterpress.az