Tənzilə Rüstəmxanlının seçki qərargahında Neftçala sakinlərinin görüşləri davam edirbackend

Tənzilə Rüstəmxanlının seçki qərargahında Neftçala sakinlərinin görüşləri davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala şəhər sakinləri Tənzilə Rüstəmxanlının seçki qərargahını ziyarət edərək, ona dəstəklərini ifadə etməkdə davam edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.

Bildirilir ki, daha bir qrup Neftçala şəhər sakini 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçki qərargahını ziyarət edib, dəstəklərini ifadə ediblər.

Şəhər sakinləri Tənzilə xanımla bir çox məsələləri, mövcud problemləri müzakirə edib və gələcək fəaliyyətində onunla birgə addım atacaqlarını vurğulayıblar.

Sonra onlar xanım namizədə uğurlar arzulayıb, hamılıqla səslərini ona verəcəklərini və millət vəkili seçiləcəyinə əminliklərini qeyd ediblər.

Tənzilə xanım öz növbəsində onun namizədliyinə verdikləri dəstəyə və səmimi ürək sözlərinə görə seçicilərə təşəkkür edib.

İnterpress.az