İraqda xüsusi təhlükəli PKK üzvləri məhv edilib.
interpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Bildirilir ki, Türkiyə kəşfiyyatı MİT İraqın şimalındakı Hakurk bölgəsində kürd hərbi-siyasi təşkilatı PKK-nın 2 xüsusi təhlükəli silahlısını zərərsizləşdirib.
Bahar Akyol və Nurbahar Karadağlı əldəqayırma bomba hazırlamaqla məşğul olublar və onlar uzun müddət izləniliblər.

Xuraman Etibarlı
İnterpress.az






