Rusiyada onuncu sinif şagirdinin meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Sankt-Peterburqda Komarovo yaxınlığında bel çantasında naməlum toz paketi olan onuncu sinif şagirdinin meyiti tapılıb.
Məktəblini səhər saatlarında təsadüfi yoldan keçən şəxs tapıb. Dərhal hadisə yerinə çağırılan polis əməkdaşları 16 yaşlı gəncin zorakılıqla öldürülməsinə dair heç bir əlamət aşkar etməyiblər.
Oğlanın yanında bel çantası olub, içərisində adi nitrit duzu və naməlum tozun qalıqları olan bir fincan olub.
Faktla bağlı cinayət işi açılıb və ölümün səbəblərinin müəyyən edilməsi üçün meyit morqa təhvil verilib.
Xuraman Etibarlı
İnterpress.az