D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndirməklə gender bərabərliyinin təbliği” adlı layihə həyata keçirir.
5 ay müddətində Masallı və Astara rayonlarında həyata keçiriləcək layihənin məqsədi regionlarda qadın və qızların inkişafına, onları 2024-cu il (22 dekabr) bələdiyyə seçkilərinə daha çox cəlb etməklə, bələdiyyələrdə iştiraklarının genişləndirilməsilə gender bərabərliyinə nail olmağa təşəbbüs etməkdir.
Layihə çərçivəsində Masallı və Astara rayonlarının hər birində hərəsi 2 günlük olmaqla 2 dəfə seminar treninqlər və hər rayonda hərəsi 2 gün olmaqla 1 dəfə görüşlərin keçirilməsi təşkil olunacaq. Ümumilikdə, 12 tədbir həyata keçiriləcək. Tədbirdə ümumilikdə bələdiyyə seçkilərinə namizəd olacaq 40 qadın (2 qrup x 20 nəfər) iştirak edəcəkdir.
Layihəni 2 istiqamətdə həyata keçirmək nəzərdə tutulur;
1. Region qadınlarının maarifləndirmə və məlumatlandırması- qadın və qızların inkişafına nail olmaq (Namizədlərin özlərinə inamlarının artması),
2. Seçkili orqanlarda qadın və qızların təmsilçiliklərinin artırılması (saylarının artırılması ilə qərar qəbuletmədə rollarının artırılması)- gender bərabərliyinə nail olmaq.
Bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınlar bələdiyyələr haqda, bələdiyyə seçkiləri ilə bağlı qanun haqda və seçki prosesinin aparılması ilə bağlı maarifləndiriləcəklər.
Layihə çərçivəsində aşağıdakı işlər həyata keçiriləcək;
1.Qadınlar arasında sorğu anketləri vasitəsilə 2024 cü il bələdiyyə seçkilərində namizəd olamaq istəyən qadınlar müəyyən ediləcəklər.
2.Qadınlar arasında liderlik bacarıqlarının inkişafına dəstək
3.Namizəd qadınların hazırlanması.
4.KİV nümayəndələri və yerli QHT-lərlə görüşlər;
5.Yerli hakimiyyət orqanları ilə görüşlər;
6. Seçki dairə və məntəqələrində görüşlər:
Layihə fəaliyyətindən aşağıdakı nəticələr gözlənilir;
-Qadınların seçki prosesində işləməsi və təşviqat kampaniyasının təşkili üzrə bacarıq və bilikləri inkişaf edəcək.
-Namizəd qadınlar, öz seçki komandalarını formalaşdıraraq, seçkidə qələbə qazanmaq imkanlarını artıracaqlar.
-40 nəfər- bələdiyyə seçkisinə namizəd qadının məlumatlandırılması və maarifləndirilməsi yolu ilə liderlik bacarıqları artacaq və qərarqəbuletmə proseslərində işritakçılıqları genişlənəcək.
– bələdiyyə seçkilərinə namizəd qadınlar bələdiyyə ilə, seçki prosesləri ilə bağlı məlumatlanacaq və bilgilər əldə edəcək .
-namizədlər öz seçki komandasını formalaşdıracaq və onları təlimatlandıracaqlar.
-Qadınların seçki fəallığı artacaq
-Bələdiyyə seçkilərində qadın namizədlərin sayı artacaq
-Seçkilər zamanı bölgə əhalisi aktivləşəcək.
-KİV-lə iş aktivləşəcək.
-Seçkili orqanlarda (bələdiyyələrdə) qadınların sayının çoxalmasına nail olmaqla, gender bərabərliyi qismən təmin ediləcək.