Ermənistan spikerinin müavini Ermənistanın Rusiya ilə dost olduğunu bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Akob Arşakyan erməni mediasına bildirib.
Ermənistan parlamentinin vitse-spikeri Akob Arşakyan ikitərəfli münasibətlərdə gərgin məqamların yaşanması ilə bağlı suala birbaşa cavab verməyib, onların dost olduğunu bildirib.
Arşakyan ayrı-ayrılıqda iki ölkənin regionları arasında çoxtərəfli əlaqələri vurğulayıb.
“Biz elə bir atmosfer yaratmağa çalışırıq ki, həssas mövzularda – istənilən vəziyyətdə səslənməli olan məsələləri müzakirə etmək üçün sakit şəkildə ünsiyyət qurmaq mümkün olsun”, – Arşakyan deyib.
Xuraman Etibarlı
İnterpress.az