NATO Rusiya ərazisinə qabaqlayıcı yüksək dəqiqlikli zərbələr endirməyi müzakirə edir.
İnterpress.az xəbər verir ki, bu barədə Şimali Atlantika blokunun Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib. Biuldirilir ki, NATO silahlı münaqişə zamanı Rusiya ərazisinə qabaqlayıcı “yüksək dəqiqlikli zərbələr” endirməyi müzakirə edir.
“Bu, NATO-da yeni müzakirədir və mən şadam ki, biz bir müdafiə ittifaqıyıq və hücuma məruz qalana qədər oturub gözləyəcəyimiz və sonra reaksiya verəcəyimiz fikrinə münasibətimizi dəyişmişik. Rusiya bizə hücum edərsə, gözləmək yox, Rusiyada buraxılış qurğularını vurmaq daha ağıllı olardı”, – Bauer deyib.
Son zamanlar Qərbdə alyansla Rusiya arasında birbaşa silahlı münaqişə ilə bağlı fikirlər daha çox səslənir.
Kreml qeyd edib ki, Rusiya təhlükə yaratmır, heç kimə hədə-qorxu gəlmir, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə də göz yummayacaq.
Xuraman Etibarlı
İnterpress.az