İrəvanda avtobus sürücüləri tətil edirlər.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Sürücülər bildiriblər ki, tətil yalnız İrəvan meriyasının maaşların artırılması ilə bağlı boş vədlərinə əsaslanır.
İrəvan merinin mətbuat katibi Hayk Kostanyan paytaxt avtobuslarının sürücülərinin tətilinə cavab verib.
O, vətəndaşları inandırmağa çalışır ki, ictimai nəqliyyat sürücülərinin səhər saatlarından tətil etməsinə səbəb kölgə gəlirlərinin olmamasıdır.
“Sürücülər tərəfindən qaldırılan əmək məsələlərinin vaxtaşırı öz həllini tapmasına, kölgə fəaliyyətləri azaldıqca iş şəraitinin yaxşılaşacağı da sürücülərin diqqətinə çatdırılıb., Lakin xeyli sayda sürücü yenidən məntiqsiz tələblər irəli sürür. şantaj təzahürləri ilə müşayiət olunur”, – Kostanyan deyib.
Xuraman Etibarlı
İnterpress.az