Qəzzada atəşkəs daimi olarsa, Türkiyə İsraillə ticarəti bərpa edə bilər.
İnterpress.az Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) rəhbəri Nail Olpak 2025-ci ilin qiymətləndirmə toplantısında deyib.
Olpak sülhün qalıcı olması halında İsraillə Qəzza zolağında kəsilən ticarət əlaqələrinin bərpa oluna biləcəyini deyib.
“Sülhün qalıcı olması ticarətin kəsilməsinin səbəbinin aradan qalxması deməkdir. Ona görə də ticarət yenidən başlaya bilər”, – Olpak vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az