Rusiya Federasiyası xarici işlər nazirinin müavini Boqdanov bu həftə Suriyaya səfər edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə iki suriyalı mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, Suriyanın yeni administrasiyası ilə görüş gözlənilir.
Qeyd olunur ki, bu, Əsəd rejiminin devrilməsindən sonra Rusiyanın rəsmi nümayəndəsinin Dəməşqə ilk səfəri olacaq.
Mənbələrdə qarşıdan gələn görüşün təfərrüatları yoxdur. Rusiya rəsmiləri bu xəbəri şərh etməyiblər.
Xuraman Etibarlı
İnterpress.az