Ulyanovskda gizli sexdən 140 min ədəd kustar üsulla hazırlanmış Coca-Cola müsadirə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Ulyanovsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.
Cinayətkar birlik təşkil etmə və orada iştirak etmə, markalanmamış ərzaq məhsullarının qanunsuz istehsalı və satışı faktları üzrə cinayət işləri açılıb.
İlkin məlumata görə, qazlı içki istehsalını yaradan cinayətkar qrup 2023-cü ildən 2025-ci ilin yanvarınadək rayonda fəaliyyət göstərib.
Xuraman Etibarlı
İnterpress.az