İsrail ordusu Livanın dərinliklərində Hizbullahın hədəflərinə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Ötən gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın şərqindəki Bekaa bölgəsində İsrail ordusu üçün təhlükə yaradan bir neçə Hizbullah hədəfinə hücum edib.
Hücum edilən hədəflər arasında təşkilatın silah daşımağa çalışdığı Suriya və Livan sərhədində silahların hazırlanması və istehsalı üçün yeraltı və tranzit infrastrukturu olan hərbi obyekt də olub.
Xuraman Etibarlı
İnterpress.az