İt döyüşləri təşkil edən şəxsə 475 il həbs cəzası verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Amerika məhkəməsi hökm çıxarıb. Bildirilir ki, ABŞ-də it döyüşləri təşkil etdiyinə və heyvanlara qarşı amansız davrandığına görə kişiyə 475 il həbs cəzası verilib.
Corciya ştatından olan bir kişi keçən həftə it döyüşlərini və heyvanlara qarşı qəddarlığı təbliğ etdiyinə görə 475 il həbs cəzasına məhkum edilib.
O cümlədən 2022-ci ilin noyabrında onun mülkündən 107 it götürülüb.
57 yaşlı müttəhim Vincent LeMark Barrell məhkəmədə it döyüşündə iştirakını inkar edib.
Bu, ABŞ tarixində belə cinayətlərə görə rekord cəzadır.
Xuraman Etibarlı
İnterpress.az