Danimarka Rusiyanın “kölgə donanması”nın tankerlərini YOXLAYACAQbackend

Danimarka Rusiyanın “kölgə donanması”nın tankerlərini YOXLAYACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka Rusiyanın “kölgə donanması”nın tankerlərini yoxlayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İlk vurulacaqlar, ehtimal ki, texniki və ekoloji standartlara uyğun gəlməyən və Rusiyanın kölgə donanmasının əsasını təşkil edən köhnə tankerlərdir.

Danimarka Dəniz İdarəsi “üzmək üçün təhlükəsiz sayıla bilməyən” və Skagen yaxınlığında dayanmış gəmiləri yoxlamağa başlayacaq.

Kiyev İqtisadiyyat Məktəbi Rusiyanın kölgə donanmasının həcmini 650-dən çox gəmidən ibarət hesab edir.

Kölgə donanması 2024-cü ildə təkcə neftin qeyri-qanuni daşınması ilə deyil, həm də Baltik dənizində infrastrukturun zədələnməsi insidentləri ilə diqqət mərkəzinə düşüb.

Xuraman Etibarlı

İnterpress.az