Hizbullah lideri Nəsrullahın öldürülməsi anının görüntüləri yayılıb.
İnterpress.az xəbər verir ki, media orqanları 27 sentyabr 2024-cü ildə Livanda Hizbullah lideri Nəsrullahın partladılması və məhv edilməsi anının görüntülərini dərc edib.
Livanın şiə məzhəbli islamçı Hizbullah qruplaşmasının lideri Şeyx Həsən Nəsrullah Yaxın Şərqin ən məşhur və nüfuzlu simalarından biri idi.
İsrail tərəfindən öldürüləcəyindən qorxduğu üçün o, uzun illərdir ki, ictimai məkanlarda görünmürdü.
İsrail ordusu sentyabrın 27-də Beyruta endirdiyi raket zərbələrlə Nəsrullahı öldürdüyünü açıqlayıb. Hizbullah bu xəbəri bir neçə saat sonra təsdiqləyib.
Xuraman Etibarlı
İnterpress.az