Ukrayna ABŞ-yə 500 milyard dollar dəyərində nadir torpaq metalları verməyə razıdır – Trampbackend

Ukrayna ABŞ-yə 500 milyard dollar dəyərində nadir torpaq metalları verməyə razıdır – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ABŞ-yə hərbi yardım müqabilində 500 milyard dollar dəyərində nadir torpaq metalları verməyə razıdır.

İnterpress.az xəbər verir ki, ABŞ prezidentinin sözlərinə görə, o, Kiyevə əvvəlki şərtlərlə pul almağı davam etdirməyin mümkünsüzlüyü barədə xəbərdarlıq edib.

O, Ukraynadan “nəsə etməyi” tələb edib. Məsələn, mineral ehtiyatları paylaşmağı.

“Biz yüz milyardlarla dollar xərcləyirik. Müqavilə bağlaya bilərlər, razılaşmaya bilərlər. Pulumuz oradadır və mən onu geri istəyirəm.

Mən artıq onlara dedim ki, nadir torpaq metallar şəklində təxminən 500 milyard dollar dəyərində ekvivalent almaq istəyirəm. Və onlar artıq buna razılıq veriblər. Ona görə də ən azından özümüzü axmaq kimi hiss etmirik№, – Tramp Fox News-a müsahibəsində deyib.

Xuraman Etibarlı

İnterpress.az