Polis xidməti tapança ilə oynayarkən təsadüfən həmkarını GÜLLƏLƏDİbackend

Polis xidməti tapança ilə oynayarkən təsadüfən həmkarını GÜLLƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaraçay-Çərkəzdə polis xidməti tapançası ilə oynayıb və təsadüfən həmkarını güllələyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Qaraçay-Çərkəzdə polis xidməti tapançası ilə oynayıb və təsadüfən həmkarını güllələyib.

Ölən şəxs 23 yaşlı polis kiçik serjantı Əli Papşuovdur. Onun üçün təcili yardımı polis həmkarı Alan Orzaliyev çağırıb və o bildirib ki, Papşuov əlindəki tapançanı fırladıb və təsadüfən başından atəş açıb.

Lakin istintaq Orzaliyevin yalan danışdığını müəyyən edib: xidməti tapança ilə məhz o oynayıb.

Polis silahı təhlükəsiz yerə qoymadan tapançanı barmağında fırlatmağa başlayıb və atəş açılıb.

Güllə Əlinin başına dəyib və onu xilas etmək mümkün olmayıb.

Xuraman Etibarlı

İnterpress.az