Türkiyə prezidentinin Pakistanda təntənəli qarşılanma mərasimi KEÇİRİLDİ – VİDEObackend

Türkiyə prezidentinin Pakistanda təntənəli qarşılanma mərasimi KEÇİRİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı ilə birlikdə Pakistanın paytaxtına rəsmi səfərə gəlib.

İnterpress.az xəbər verir ki, Pakistanın İslamabad şəhərindəki Nur Xan aviabazasında prezident Rəcəb Tayyib Ərdoğanın qarşılanma mərasimi keçirilib.

Türkiyə dövlətinin başçısı cümə axşamı, fevralın 13-ü səhər saatlarında qaldığı oteldən çıxaraq baş nazir Şahbaz Şərifin administrasiyasının binasına yollanıb.

Oteldən inzibati binaya qədər olan marşrut Türkiyə və Pakistan bayraqları ilə bəzədilib.

Şərif administrasiyanın qarşısında dövlət başçısını şəxsən qarşılayıb.

Ərdoğan və Şərif mərasim meydanında yerlərini aldıqdan sonra orkestr iki ölkənin dövlət himnlərini səsləndirib. Türkiyə lideri fəxri qarovul dəstəsini qarşılayıb.

Türkiyə prezidenti və Pakistanın baş naziri birlikdə ağac əkiblər. Pakistan Hərbi Hava Qüvvələrinin hava nümayişi keçirilib.

Xuraman Etibarlı

İnterpress.az