Xocalının Kosalar kəndi: Erməniyə meydan oxuyanların YURDU – REPORTAJbackend

Xocalının Kosalar kəndi: Erməniyə meydan oxuyanların YURDU – REPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağların zirvəsində yerləşən, yaşı 700 ilə yaxın olan bir kənd düşünün. Söhbət Xocalının Kosalar kəndindən gedir.

İndi daşı daş üstə qalmayan bu kənddə bir zamanlar evlər,fabrik və zavodlar,təhsil ocağı olub. Sovet İttifaqı illərində 1500 nəfərin yaşadığı 6 kənd Kosalar Sovetliyi adı ilə məhz bu kəndə tabe olub. Kosalar sovetliyi Xankəndindən 8-9 kilometr aralıda yerləşib.Və demək olar ki,yüksək dağlarla əhatə olunub.

Əslində kəndə qarşı düşmən məkiri bütün dövrlərdə olub. Erməni fitnəsi ilə 1937-ci ildə Kosalardan 25 nəfər repressiya edilib, İkinci Dünya müharibəsi zamanı isə 122 nəfər müharibəyə göndərilib. Onlardan 71-i həlak olub. Ermənilər kəndin buradan köçürülməsi üçün ittifaq rəhbərliyinə də müraciət ediblər.

Kənd sakinlərinin qara günləri isə 1988-ci ildə ermənilərin ərazi iddiaları ilə başlayır. Xankəndidən kəndə gələn elektrik xətti kəsilir.Bu zaman əli silah tutan hər kəs müdafiəyə qalxır.

Həmin hadisələr zamanı özünümüdafiə batalyonunun komandiri Mehman Quliyev düşmənin planından xəbər tutur və hücuma keçir. Məhv etdikləri dəstələrdən götürdükləri silah-sursatla Meşəli və Cəmilli kəndlərinə köməyə gedirlər.

Mən girəndə kəndə,tək girdim kəndə 48 arvad yüzlərlə uşaq bir podvala yığıblar,yerdə qalan yəni o Ağcabədi polisi filanlar. Gəliblər ora köməyə öldürülüblər. Mən o kənddən o arvadları bir bir bir nəfər kimi bir sıraya düzərək o kəndin içindən öz artileriyama,öz qüvvələrinə öz silahlı elə əmr vermişdim ki qadınlara uşaqlara güllə dəyməsin. Kosalar kəndini işğal etdikdən sonra ermənilər öz itirdikləri döyüşçülərinin xatirəsinə kənddən 4 km aralıda, Canhəsən yalında abidə qoyurlar.

Abidə Azərbaycan oğullarının erməni silahlılarına qarşı tuşladıqları top mərmilərinin gilizləri və güllələnmiş kaska əks olunub.

Bizim ən çox sevindiyimiz o oldu ki,biz Xocalı şəhidlərinin qanını bu dağlarda almışıq. Yəni heç kim bilmir ki,bu dağlarda Xocalıda qırılan dinc
əhalinin qanını onun əsgərindən almışıq.

Video:Ermənilərin verdiyi itkilərin daha bir sübutu isə kənddən tapılan və İrəvanda nəşr olunan bu kitabdır. Nəşrdə 1988- 2004-cü illərdə Qarabağda döyüşlərdə həlak olan ermənilərin adları və həlak olduğu məkanlar yazılıb.

İllərlə davam edən müharibədə kənd 28 səhid verib. Onlardan 4-ü döyüşçü, qalanı mülki əhalidir. Döyüşçülərdən 4 nəfər igidliyə görə
ordeni, 1 nəfər Azərbaycan bayrağı ordeni, 3-ü isə milli qəhrəman adı ilə təltif olunub.

Onlardan biri də misilsiz şücaətlər göstərən Tabil Həsənovdur.

Kərkicahanin üstü ağ qaya, ağ daş da deyirik, o biri üzü Şuşadı, Aşağısı Kərkicahandır bu tərəfi də yəni o döyüşdə 3 dəstəyə bölünmüş yeni
erməninin hücumununa qarşı gedən döyüş olub. Həmin döyüşlərin dəstə komandirinin biri də Tabil Həsənov olub.ən ağır post da onun getdiyi post olub. Erməni çadırdan ayaqyalın çıxıb qaçırmış, həmin vaxtı bir generalın öldürmüşdülər, 53 erməninin içində ermənini öldürdüyünə görə İrəvan matəm elan etdi.

Artıq 1992-ci ilin martında ətraf kəndlər də ermənilər tərəfindən işğal edilir, Kosalar isə blokadaya alınır. Şuşa işğal olunandan sonra əhaliyə xilas olmağın bir yolu qalır. Mayın 9 da qadın və uşaqlar özünümüdafiə batalyonunun açdığı yol ilə dağları aşaraq Laçına üz tutur. Bununla da Kosalar I Qarabağ müharibəsində Qarabağın dağlıq hissəsini ən son tərk edən kənd olur.

Bu dağlarda nə qədər qanlı-qadalı günlər yaşasalar da xoş günlərini də unutmur Kosalar camaatı. Onların indi ən böyük arzusu bu tarixi kəndin məhz öz yerində tikilərək sakinlərin ora köçürülməsidir.