Rusiyada universitet yataqxanasında namaz qılan miqrantı cərimələyiblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Rusiyanın Kirov şəhərində miqrantı universitet yataqxanasında camaat namazına görə cərimələyiblər.
Məhkəmə Özbəkistan vətəndaşı Nurillo Raxmonaliyevi “qanunsuz missionerliyə” görə cərimələyib.
Məhkəmə miqrantı təqsirli bilib və 30 min rubl (təxm. 585 man) cərimə kəsib.
Xuraman Etibarlı
İnterpress.az