Azərbaycanda ötən il 16,5 min hektar toxumluq taxıl sahəsinin standartlara uyğun olmadığı aşkarlanıbbackend

Azərbaycanda ötən il 16,5 min hektar toxumluq taxıl sahəsinin standartlara uyğun OLMADIĞI AŞKARLANIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Azərbaycanda aprobasiya (toxumluq əkinlərin sort təmizliyinin dərəcəsinin təyini) aparılıb, 51,2 min hektar toxumluq taxıl (buğda və arpa) sahəsinin 16,5 min hektarı standartlara uyğun olmadığı üçün çıxdaş edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, 34,7 min hektar ərazi toxumluq taxıl sahəsi kimi qəbul edilib.

İl ərzində 36 təsərrüfat subyekti toxum istehsalçılarının Dövlət Reyestrində qeydiyyata alınıb.

Aprobasiya prosesinin vaxtında və keyfiyyətli aparılması üçün toxumluq əkin sahələri rəqəmsal xəritələşdirilmiş, aprobasiya prosesinin metodik qaydalara uyğun aparılması və bəyan olunmuş sortların sahədə düzgün identifikasiyası üçün kataloq hazırlanıb.

Ümumilikdə 2024-cü ilin toxumluq məhsulu üçün buğda və arpa üzrə 5,1 ton ilkin artırma, 48,7 ton onjinal, 391,5 ton superelit. 2782,7 ton elit, 21818,3 ton R1 və 56906 ton R2 reproduksiyalı toxum sertifikatlaşdırılıb, 192,5 min hektar sahədən 43,2 min nümunə götürülüb və torpağın aqrokimyəvi analizlərinin aparılması üçün Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin regional mərkəzlərinə göndərilərək analizlər aparılıb.