Krasnoyarskda Marqarita Simonyanın ifadəsini şərh edən şəxsə qarşı cinayət işi açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Simonyanın “Sibir üzərində nüvə partlayışında qorxulu heç nə yoxdur” ifadəsinə təqsirləndirilən şəxs Sibir əvəzinə Moskva üzərində bomba partlamağı təklif edib.
2023-cü ilin oktyabrında Krasnoyarskdan olan 42 yaşlı Vyaçeslav K. M.Simonyanın postuna şərh yazıb.
“Marqarita Simonyan dedi: Sibir üzərində nüvə partlayışında qorxulu heç nə yoxdur…” başlığı ilə yazıya “Moskva üzərində partlatmaq lazımdır, daha yaxşısı Kreml üzərində…” sözləri ilə cavab verib.
Bu və digər oxşar şərhə görə ona qarşı terrora çağırış maddəsi ilə cinayət işi açılıb.
Vyaçeslavı 1 milyon rubla qədər cərimə və ya 7 ilədək həbs cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az