Ernest Şekltonun əfsanəvi gəmisi Antarktidanın dibində tapılıb. Gəmi mükəmməl şəkildə qorunub saxlanılıb.
İnterpress.az xəbər verir ki, Antarktidadakı Veddell dənizinin sularında üç min metrdən çox dərinlikdə elm adamları 1915-ci ildə batmış qütb tədqiqatçısı Ernest Şekltonun məşhur gəmisi olan “Endryuans” gəmisini kəşf ediblər.
Qalıqlar inanılmaz dərəcədə yaxşı qorunub saxlanılıb və rəqəmsal rekonstruksiya sayəsində indi bütün dünya bunu görə bilər.
Tədqiqat qrupu gəminin vəziyyətini dəqiq qeyd etmək üçün lazer skanerləri olan sualtı robotlardan istifadə edib.
Tapılan əşyalar arasında siqnal tapançası və tədqiqatçıların Şekltonun köməkçisi Frank Uildə aid ola biləcəyinə inandıqları iri dəri çəkmə də var.
Məhz bu alov silahı ilə Şekltonun ekipajı batan gəmi ilə son vidalaşıb. Qəzaya baxmayaraq, bütün ekipaj üzvləri 1300 kilometr buzlu okeanı qəhrəmancasına keçmək sayəsində sağ qalıblar.
Xuraman Etibarlı
İnterpress.az