Hindistanın Uttarakhand əyalətində dağ seli bir kəndi demək olar ki, tamamilə dağıdıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” yazıb..Hindistanın Uttarkaşi şəhərində qəfil daşqın bütün kəndi aparıb, 50-dən çox insan itkin düşüb,
Palçıq, su və dağıntılardan ibarət divar yüksək sürətlə Dharali kəndinə çırpılaraq yolundakı evləri və otelləri dağıdıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 4 nəfər həlak olub. Kəndin bir çox sakininin itkin düşdüyü bildirilir.
Xuraman Etibarlı
İnterpress.az