Putin Tacikistana dövlət səfərinə gedib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin 8–10 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbəyə dövlət səfəri edib.
Səfər çərçivəsində o, “Mərkəzi Asiya – Rusiya” sammitinin ikinci iclasında və MDB dövlət başçılarının Şurasının toplantısında iştirak edəcək.
Putin sonuncu dəfə 2022-ci ilin yayında Düşənbəyə işgüzar səfər etmişdi.
Xuraman Etibarlı
İnterpress.az