Meyvə pəhrizinə keçən qadın aclıqdan ÖLDÜ – FOTObackend

Meyvə pəhrizinə keçən qadın aclıqdan ÖLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngilis qadın yalnız meyvə pəhrizinə keçib və ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

27 yaşlı britaniyalı Karolina Kşijak uzun illər yalnız meyvə ilə qidalanandan sonra Baliyə səfəri zamanı aclıqdan dünyasını dəyişib.

O, 19 yaşından “təmiz qidalanma” və sərt veganlıq ideyalarına aludə olaraq yalnız çiy meyvələr yeyirdi.

İllər ərzində qadının səhhəti kəskin pisləşib — o, arıqlayıb, dırnaqları sınmağa, dişləri çürüməyə başlayıb.

Ölümündən az əvvəl çəkisi cəmi 27 kiloqram idi.

Bali kurortunun əməkdaşları onun hərəkət etməkdə çətinlik çəkdiyini və çox zəif göründüyünü bildiriblər.

Qadının meyiti otelə yerləşməsindən üç gün sonra otağında tapılıb.

Xuraman Etibarlı

İnterpress.az