Alman verilişində çıxış edən tələbə Almaniya üçün döyüşməkdənsə, Putinə təslim olmağı üstün tutduğunu bəyan edib.
İnterpress.az xəbər verir ki, bu barədə Frankfurter Rundschau məlumat yayıb.
Almaniyada yayımlanan televiziya şousunda iştirak edən 19 yaşlı tələbə qalmaqallı fikir səsləndirib.
O, ölkədə hərbi xidmətin bərpasına qarşı çıxaraq bildirib ki, “Almaniya uğrunda döyüşməkdənsə, Putinə təslim olmağı üstün tutar”.
Onun bu sözləri aparıcıları şoka salıb, zal isə etiraz səsləri ilə reaksiya verib.
Xuraman Etibarlı
İnterpress.az