ABŞ-nin Tennessi ştatında 18 yaşlı Krista Payk adlı gənc qadın sinif yoldaşını vəhşicəsinə qətlə yetirdiyi üçün ölüm cəzasına məhkum edilib.
İnterpress.az xəbər verir ki, bu hadisə ABŞ ictimaiyyətində böyük rezonans doğurub. Çünki Tennessi ştatında bir qadına ölüm hökmünün icra olunması 200 ildən artıq fasilədən sonra ilk dəfə baş verəcək.
Məhkəmə materiallarına görə, cinayət hadisəsi 1995-ci ildə baş verib.
O zaman Tennessi Universitetinin tələbəsi olan Krista Payk və iki nəfər dostu 19 yaşlı qrup yoldaşları Colleen Slemmeri satanist ayinlər zamanı qətlə yetirib.
İstintaqın məlumatına əsasən, Payk qurbanını əvvəlcə meşəlik əraziyə apararaq işgəncələr verib, daha sonra bıçaqlayaraq öldürüb və kəllə sümüyünün bir parçasını götürüb.
Hadisə yerində satanizmə aid simvollar və ritual əlamətləri aşkar edilib.
Məhkəmə Krista Paykın bu cinayəti “soyuqqanlılıqla və dini fanatizm motivi ilə” törətdiyini bildirərək, onu ölüm cəzasına məhkum edib.
Hazırda Tennessi ştatının hakimiyyət orqanları edam tarixini müəyyənləşdirməyə hazırlaşır.
Əgər hökm icra olunsa, bu, ştat tarixində son iki əsrdə qadına qarşı həyata keçirilən ilk edam cəzası olacaq.
Hadisə həm ABŞ-də, həm də beynəlxalq mediada insan psixologiyası, dini fanatizm və gənclər arasında zorakılıq meylləri ilə bağlı geniş müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az