Yakutskda iPhone 16 yeniyetməni öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yakutiyada 17 yaşlı oğlan telefonunu şarj edərkən eyni zamanda ondan istifadə etməyə davam edib. Bu zaman onu güclü elektrik cərəyanı vurub.
Anası oğlunun cansız bədənini otaqda, sinə nahiyəsində yanıq izləri ilə tapıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yalnız ölüm faktını təsdiqləyiblər.
Mətbuatın məlumatına görə, faciənin səbəbi qeyri-oriqinal (saxta) şarj cihazı olub.
Xuraman Etibarlı
İnterpress.az