Çində bayram həftəsindən sonra nəhəng tıxac yaranıb və 36 zolaqlı yolda hərəkət tam dayanıb.
İnterpress.az xəbər verir ki, bu barədə görüntülər internetdə yayılıb.
Çində səkkizgünlük bayram tətilinin sonunda milyonlarla insan evlərinə qayıdarkən nəhəng avtomobil tıxacları yaranıb.
Hətta 36 zolaqlı G40 ödənişli magistralında belə hərəkət tamamilə dayanıb.
Tıxac Milli Gün və Payız Ortası Festivalı münasibətilə keçirilən tətilin son günlərində qeydə alınıb.
Çin mətbuatının yazdığına görə, ölkəboyu milyonlarla sürücü yola çıxıb, nəticədə hətta fövqəladə hallar üçün nəzərdə tutulan zolaqlar da avtomobillərlə dolub.
Nəqliyyat Nazirliyinin məlumatına görə, bayram həftəsində ölkə üzrə ümumilikdə təxminən 2,4 milyard səfər həyata keçirilib.
Sıxlıq yalnız avtomobil yollarında deyil, həmçinin hava limanları və dəmir yollarında da müşahidə olunub.
Xuraman Etibarlı
İnterpress.az