Ermənistanda 44 günlük müharibə zamanı bölüyünü qoyub qaçan keçmiş komandirə hökm oxunub.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistan məhkəməsi 44 günlük müharibə zamanı döyüş mövqeyini tərk edən batalyon komandiri İşxan Vaanyanı 16 il azadlıqdan məhrum edib.
İttihama görə, o, 2020-ci il oktyabrın 10-da Qarabağda yerləşən Xurat yüksəkliyi yaxınlığında döyüş mövqeyini tərk edərək bölüyünü yarı yolda qoyub və rabitə vasitələrini özü ilə aparıb.
Bölük əsasən çağırışçılardan ibarət olub. Komandir mövqeyi tərk etdikdən sonra əsgərlər Hadrut istiqamətinə geri çəkilməyə qərar veriblər, lakin bir çoxu yolda ya öldürülüb, ya da əsir düşüb.
Məhkəmənin qərarı ilə Vaanyan mayor rütbəsindən məhrum edilib, lakin o, özünü təqsirli saymadığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az