Pentaqon rəhbəri Qətər baş nazirinin müavinini qəbul edib.
İnterpress.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Pentaqon rəhbəri ABŞ müdafiə naziri Hegset Qətərin vitse-premyeri və müdafiə üzrə dövlət naziri Səud bin əl-Tani ilə Vaşinqtonda görüşüb.
Tərəflər regional vəziyyəti və ikitərəfli müdafiə əməkdaşlığını müzakirə ediblər.
Görüşün əsas nəticələrindən biri – Qətər Hərbi Hava Qüvvələrinin yeni bazasının ABŞ-nin Aydaхо ştatındakı Mauntin-Houm bazasında yaradılması barədə razılıq olub.
Yeni baza F-15 qırıcılarının yerləşdirilməsi və Qətər ilə ABŞ pilotlarının birgə təlimləri üçün nəzərdə tutulub.
Müdafiə naziri Hegsetin sözlərinə görə, bu razılaşma iki ölkənin hərbi əməkdaşlığını və hazırlıq səviyyəsini gücləndirəcək.
Xuraman Etibarlı
İnterpress.az