Ermənistanda sürücülər etiraz aksiyası KEÇİRİR – VİDEObackend

Ermənistanda sürücülər etiraz aksiyası KEÇİRİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökumət binası qarşısında yük maşını sürücülərinin etiraz aksiyası keçirilir.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan hökumət binası qarşısında yük maşını sürücüləri etiraz aksiyası keçirir.

Onlar hakimiyyətdən Rusiya ilə razılığa gəlməyi və ölkəyə giriş məsələsini həll etməyi tələb edirlər.

Rusiyada qalma limitinin təqvim ilində 90 günə endirilməsi yük daşıyanları çətinliyə salıb. Onların bir çoxu bütün günlərini keçid məntəqələrində növbə gözləməkdə keçirir. Buna Rusiya daxilində uzun səyahətlər də əlavə olunur ki, bu da həddi tez tükəndirir. Sürücülər indi Ermənistan hakimiyyətindən miqrasiya şəraitini yüngülləşdirmək üçün məsələni rusiyalı həmkarları ilə müzakirə etməyi tələb edirlər.

Oxşar vəziyyət əvvəllər Qazaxıstanla bağlı yaranmışdı, lakin tərəflər müvəqqəti həllə nail ola biliblər.

Xuraman Etibarlı

İnterpress.az