Heç kim Tramp qədər sürətli və qəti şəkildə dünyanı dəyişməyib.
İnterpress.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın sabiq prezidenti Donald Trampın qlobal proseslərə təsirini yüksək qiymətləndirib.
Netanyahu bildirib ki, “heç kim dünyanı bu qədər tez və bu qədər qətiyyətlə dəyişməyib, necə ki, bunu Tramp edib”.
Hazırda İsrail parlamenti – Knessetdə baş nazir və Tramp birgə tədbirdə iştirak edirlər.
Yaxın zamanda Donald Trampın da çıxış edəcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az