Türkiyədə “Bayqaralar” cinayət şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bu gün səhər saatlarında Adana mərkəz olmaqla 10 vilayətdə eyni vaxtda “Bayqaralar” adlı mütəşəkkil cinayət qrupuna qarşı əməliyyat keçirilib.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə 403 ünvanda aparılan əməliyyatlar nəticəsində 106 şübhəli şəxs saxlanılıb.
Qrupun lideri Ramazan Bayqarın hazırda Yunanıstanda həbsdə olduğu bildirilir.
Əməliyyat çərçivəsində silah, narkotik vasitələr və qanunsuz əldə edilmiş vəsaitlərin də ələ keçirildiyi qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az