Sankt-Peterburq universitetinin rektoru 95 milyon rubldan (təxm. 2 milyon 25 min man) çox vəsaiti şəxsi məqsədlərə xərcləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sankt-Peterburq Humanitar Universitetinin (SPbGUP) rektoru Aleksandr Zapesotski 25 sentyabrda Baş Prokurorluğun tələbi ilə vəzifəsindən uzaqlaşdırılıb. O, təhsil müəssisəsinin hesabından şəxsi məqsədləri üçün milyonlarla rubl xərcləməkdə ittiham olunur.
Maliyyə sənədlərinə əsasən, Zapesotski universitetin büdcəsindən Finland körfəzinin sahilində yerləşən elit kottecin icarəsini, şəxsi mühafizə xidmətini, Fransa, Monako və İtaliyaya biznes-sinif səfərləri, ekskursiyalar, restoran xərcləri və bahalı spirtli içkiləri ödəyib.
Bununla yanaşı, universitet hər il maliyyə itkisi göstərərək dövlət subsidiyaları alıb, baxmayaraq ki, ödənişli təhsil gəlirləri yüksək olub.
Mətbuata görə, Zapesotskinin rəhbərliyi dövründə universitetdə xaos hökm sürüb.
O, tələbə qızlar arasında gözəllik müsabiqələri təşkil edib və onların xarici görünüşünə dair qəribə tələblər irəli sürüb.
Bu səbəbdən o, “seks-rektor” ləqəbi qazanıb.

Xuraman Etibarlı
İnterpress.az






