Türkiyədə hökuməti tənqid edən jurnalistə silahlı hücum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Son zamanlar hökuməti sərt tənqid etməsi ilə gündəmə gələn Elazığ Mətbuat və Media Dərnəyinin sədri, “Günışığı” qəzetinin sahibi Nafiz Koca qəzetinin qarşısında silahla hücuma məruz qalıb.
Yaralanan jurnalist Koca Fırat Universiteti Xəstəxanasına aparılıb, təcavüzkarın axtarışları davam edir.
Xuraman Etibarlı
İnterpress.az






