Ermənistan müdafiə naziri ABŞ müşaviri ilə müdafiə əməkdaşlığını müzakirə edib.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Ermənistanın müdafiə naziri Papikyan ABŞ-nin daxili təhlükəsizlik üzrə müşaviri Miller ilə görüşüb.
Hər iki tərəf ikitərəfli müdafiə tərəfdaşlığı çərçivəsində Ermənistanın müdafiə islahatlarını dəstəkləməyə yönəlmiş proqramları müzakirə edib.
Görüşün sonunda yeni təşəbbüslərin irəli sürülməsi barədə razılıq əldə olunub.
Xuraman Etibarlı
İnterpress.az






